“10-dan çox zərbə yeri qeydə alınıb. Biz məlumatların daxil olduğu yerlərdəyik. Həkim qrupları zərbə yerlərinə yola düşüblıər”, - İsrailin Təcili Yardım xidmətinin rəhbəri bildirib.
Bundan əlavə, yerlərdə yanğınsöndürmə briqadaları işləyir, yoxlamalar aparır, mümkün zərərçəkənləri axtarır və təxliyyə edirlər. Yeddi nəfərin yaralandığı və onlardan ikisinin vəziyyətinin ağır olduğu açıqlanıb.
|
| Tehran: “Cavab hazırlanır” |
Son hadisələr fonunda İsrail ordusu (ÇAXAL) ölkə daxilində məhdudiyyətləri gücləndirib. ÇAXAL-ın Telegram-kanalında ölkənin bütün bölgələrinin yalnız həyati xidmətlər üçün iş rejiminə keçdiyi bildirilir. Bütün İsraildə küçə toplantıları, məktəblərdə və universitetlərdə dərslər keçmək, vacibləri istisna olmaqla, əksər müəssisələrin fəaliyyəti qadağandır. Tədbirlər növbəti bildirişə qədər qüvvədədir.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə İranın Natanzda, İsfahanda və Fordoda yerləşən nüvə obyektlərinə Amerikanın B-2 təyyarələri ən azı altı 15 tonluq bunker bombaları atıb, sualtı qayıqlar isə onlara 30-a yaxın “Tomahawk” qanadlı raketi buraxıb.
İran, öz növbəsində, bu hücumu cavabsız qoymayacağını bəyan edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


